Bәşәr Әsәdә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә hücum etmәyә davam edir

Hücumlar zamanı eyni ailәdәn  üç uşaq hәlak olub.

1301107
Bәşәr Әsәdә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә hücum etmәyә davam edir

Bәşәr Әsәdә sadiq qüvvәlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücumlar zamanı eyni ailәdәn  üç uşaq hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, Bәşәr Әsәd rejiminә məxsus döyüş təyyarələri  “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki qәsәbәlәrә vә kәndlәrә ağır zәrbәlәr endirib.

Mәlumatda  Bәşәr Әsәdә sadiq qüvvәlәrin Cisır әş Şuqur qәsәbәsi,Kefer Secne, Baarbo, Qaniyә, Canudiyyә, Deyr vә Şeyx Sindiyan kәndlәrini  top atәşinә tutduğu bildirilib.

Digәr tәrәfdәn Rusiyaya mәxsus döyüş tәyyarәlәrin isә İdlibin Seyx Mustafa, Nukeyyer, Hassane, Tahtaya, Bsida, Cibela, Ed Dar Әl Kebirә, Et Tine vә Müşeyrifә kәndlәrinә ağır zәrbәlәr endirib.

Bәşәr  Əsədә sadiq qüvvәlәrin  hücumu nəticəsində  eyni ailәdәn üç uşağın hәlak olduğu bildirilib. ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatı bölgәdә axtarış-xilasetmә әmәliyyatları keçirir.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Rejim qüvvәlәrinin  2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 1 milyondan çox dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.Rejim qüvvәlәrinin vә Rusiyanın yaşayış mәntәqәlәrinә tәşkil etdiyi hücumlar nәticәsindә isә 1300-dәn çox dinc sakin hәlka olub.



Әlaqәli Xәbәrlәr