Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Terror tәşkilatı PKK/YPQ terrorçuları Suriyanın Tel Abyad şәhәrinin mәrkәzindә minalanmış avtomobil ilә terror aktı törәdib.

1300696
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

 

Terror tәşkilatı PKK/YPQ terrorçuları Suriyanın Tel Abyad şәhәrinin mәrkәzindә minalanmış avtomobil ilә terror aktı törәdib.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb. Mәlumatda әli qanlı PKK/YPQ terrorçularının Suriyanın Tel Abyad şәhәrinin mәrkәzindә minalanmış avtomobil ilә terror aktı törәtdiyi bildirilib.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Terror tәşkilatının Tel Abyadın mәrkәzindә yerli vaxtla saat 12.15-dә minalanmış avtomobil ilә törәtdiyi hücum zamanı ölәn vә ya xәsarәt alan olmayıb’’.

Açıqlamada hücumu törәdәn terrorçuların saxlanıldığı vә terrora qarşı mübarizәnin qәtiyyәtlә davam etdirilәcәyi bildirilib.



Әlaqәli Xәbәrlәr