İranın Kərbəladakı konsulluğuna hücum nəticəsində ölənlər olub

İraqda İranın Kərbəla konsulluğu qarşısında dünən gecə nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında düşən dava-dalaş nəticəsində 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.(YENİLƏNİB)

1299977
İranın Kərbəladakı konsulluğuna hücum nəticəsində ölənlər olub

İraqda İranın Kərbəla konsulluğu qarşısında dünən gecə nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında düşən dava-dalaş nəticəsində 3 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. 

İraq İnsan Haqları Komissarlığı tərəfindən verilən açıqlamada İranın Kərbəla konsulluğuna girməyə cəhd göstərən nümayişçilərin təhlükəsizlik qüvvələrilə qarşı-qarşıya gəldiyi hadisəni Komissarlıq ekipajlarının təqib etdiyi bildirilib.

Nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında düşən dava-dalaş nəticəsində 3 nəfərin öldüyü, təhlükəsizlik qüvvələri daxil 12 nəfərin yaralandığı bildirilən açıqlamada nümayişçilərə müəyyənləşdirilən yerlərdə qalma və sülh məqsədli nümayişlərdə diplomatik binaları təhlükə ilə üzləşdirməmələri üçün çağırış da edilib. 

Digər tərəfdən İraqın Xarici İşlər Nazirliyi bəzi nümayişçilərin Kərbəla konsulluğu binasına istiqamətli hücumunu qınayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, xarici missiya və konsulluqların təhlükəsizliyinin təmin olunması qırmızı xətti təşkil edir. Missiyaların qorunması üçün təhlükəsizlik qüvvələri bütün təbirləri görəcək.

Açıqlamada hadisənin iki qonşu ölkənin əlaqələrinə təsir etməyəcəyi qeyd edilib. 

Digər tərəfdən ABŞ prezidenti Donald Tramp sosial şəbəkə vasitəsilə iraqlı nümayişçilərin İranın Kərbəla konsulluğu qarşısındakı aksiyalarının görüntülərini paylaşım edib.

İraqda yüzlərlə nümayişçi dünən gecə ölkəni cənubundakı Kərbəla şəhərindəki İran konsulluğu binasının girişinə daxil olaraq İraq bayrağı açmışdı.

İraqlılar işsizlik, sui-istifadə və dövlət qulluğunun kifayətsizliğinə etiraz etmək məqsədilə ölkənin müxtəlif bölgələrində nümaşişlər keçirir.

Paytaxt Bağdad başqa olmaqla ölkənin mərkəzi və cənub bölgələrinə yayılan aksiyalarda oktyabr ayının əvvəlindən biridir 200-dən çox adam həyatını itirib, 8 minə yaxın insan isə yaralanıb.



Әlaqәli Xәbәrlәr