Fələstin Azadlıq Təşkilatından Antonio Quterreşə çağırış

Fələstin Azadlıq Təşkilatı BMT-nin baş katibi Antonio Quterreşə çağırış edib ki, İsrailin dinç sakinlərə istiqamətli pozuntuları qarşısında beynəlxalq müqavilələr çərçivəsində lazımlı addımları atsın.

1299457
Fələstin Azadlıq Təşkilatından Antonio Quterreşə çağırış

Fələstin Azadlıq Təşkilatının İnsan Hüquqları Vətəndaş Cəmiyyətindən yayılan şərhdə: “İsrail polisinin işğalı altında olan İordan çayının qərb sahilində heç bir səbəb olmazdan Fələstinli gənci güllələdiyinə dair görüntülərin mətbuata əks etdirilməsinə görə BMT Baş katibi Antonio Quterreşə çağırış edildi ki, İsrailin pozuntularının dayandırması üçün lazımlı tədbirlər həyata keçirilsin”.

Fələstinlilərin "işğalçı dövlət qüvvələri və yəhudi sakinlər tərəfindən beynəlxalq qanun və konvensiyalara zidd törətdikləri cinayətlərə məruz qaldıqlarına deqqət çəkilən açıqlamada, Fələstin ərazilərində işğal şəraitində yaşayan mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq qərarların, qanun və konvensiyaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib. BMT Baş katibi başda olmaqla BMT Təhlükəsizlik Şurası və beynəlxalq insan haqları konvensiyasını imzalayan bütün ölkələrin ABŞ tərəfindən qorunan və cinayətləri ört-basdır edilən İsraildən məsul olduqlarına diqqət çəkilib. "işğalçı dövlət" rəhbərlərinin fələstinlilərə qarşı törətdikləri cinayətlərə görə beynəlxalq cinayət məhkəməsində mühakimə olunmaları istənilib.



Әlaqәli Xәbәrlәr