“ABŞ və İran arasındakı ixtilaf 1979-a yox,1953-ə dayanır” : Əli Xamenei

İran İslam Respublikasının Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei Dünya İmperializminə Qarşı Milli Mübarizə günü münasibətilə minlərlə şagird və tələbəylə görüşüb.

1299691
“ABŞ və İran arasındakı ixtilaf 1979-a yox,1953-ə dayanır” : Əli Xamenei

Ayətullah Xamenei çıxışı zamanı bildirib ki, bu gün ABŞ zəifləyərək, vəhşiləşmiş canavar sifəti alıb, İran isə onun müqabilində qüdrətlə dayanır: "ABŞ İranla düşmənçilikdən danışarkən buna səbəb kimi 1979-cu il İslam inqilabı zamanı səfirliyə edilən hücumu göstərir. Amma ABŞ-ın xalqımıza qarşı düşmənçiliyinin tarixi bundan əvvələ dayanır. Tarixə baxsaq görərik ki, zahirdə dost kimi görünsələr də, əslində düşmənçilik ediblər. 1953-ci il çevrilişi illərlə mövcud olan düşmənçiliyi üzə çıxardı, ABŞ-ın əsl siması onda göründü. İndi də ABŞ-ın götürdüyü siyasi kursda – hegemonluq, ziyanvericilik və diktatura azalmayıb, əksinə, daha vəhşiləşmiş forma alıb. Son 41 il ərzində ABŞ İrana qarşı heç bir mənfilikdən imtina etməyib. Biz də onların qarşısında bacardığımız hər bir işi görmüşük və çox vaxt küncə sıxışdırmışıq. ABŞ rəsmiləri dünya dövlətlərinin rəhbərləri ilə görüşərkən onlara minnət qoyurlar, amma İran rəsmiləri ilə danışıqlara israr edirlər, lakin biz qəbul etmirik. Buna dözmək xalqımızın düşmənləri üçün ağırdır. Çünki bu sübut edir ki, dünyada ABŞ-ın beynəlxalq diktəsini, qəsbkarlığını və güc dilini qəbul etməyən bir hökumət var". ABŞ-la müzakirələrin heç bir fayda verməyəcəyini deyən Ayətullah Xamenei qeyd edib ki, onlar İran rəsmilərini müzakirə masasına gətirməklə maksimum sanksiyanın nəticə veridiyini və İranın da ABŞ qarşısında diz çökdüyünü nümayiş etdirmək istəyirlər: “Amma bu heç zaman baş verməyəcək. ABŞ-ın əsas hədəfi İranı özləri üçün kölə vəziyətinə qaytarmaqdır. Bir daha bəyan edirəm, İranın möhkəm iradəsi bunun reallaşmasına heç vaxt imkan verməyəcək”.



Әlaqәli Xәbәrlәr