ABŞ Suriyanın şimalına hərbçilərini göndərdi

Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatı zamanı Suriyanın şimalından çıxan ABŞ ordusu bəzi ünsürlərini bölgəyə yenidən gətirdi.

1298177
ABŞ Suriyanın şimalına hərbçilərini göndərdi

Türkiyənin həyata keçirdiyi “Sülh çeşməsi” hərəkatı zamanı Suriyanın şimalından çıxan ABŞ ordusu bəzi ünsürlərini bölgəyə yenidən gətirdi.

Oktyabrın 29-u başlayan fəallıq zamanı 8 zirəhli texnikada 30-a yaxın ABŞ əsgəri Qamışlı qəsəbəsinin cənub-qərbindəki köhnə Tel Baydar bazasına gedib. ABŞ bu bazanı “Sülh çeşməsi” hərəkatı başladığı zaman digər bazalar kimi boşaltmışdı.

Dünən Tel Baydardan maşınları ilə hərəkət edən ABŞ əsgərləri, konvoylarındakı boş TIR-larla M4 şoşe yol üzərində Tel Temır və sonra da Ayn İsa qəsəbəsinə çatıb.

ABŞ əsgərləri keçdiyi zaman M4 yolu üzərindəki rejim ünsürləri geri çəkilib.

Ayn İsadan yola davam edən ABŞ əsgərləri Sırrin rayonuna çataraq gözləməyə başlayıb.

Sırrin Suriya-Türkiyə sərhədindəki Aynularab qəsəbəsinin cənubunda yerləşir.

Türkiyənin sərhədinə təqribən 30 km aralıqda yerləşən Sırrində və yaxınlığındakı Sebit kəndində ABŞ-ın bazaları vardı. ABŞ bu bazaları “Sülh çeşməsi” əməliyyatı zaman boşaltmışdı.



Әlaqәli Xәbәrlәr