Bәşәr Әsәdә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә hücum etmәyә davam edir

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

1297952
Bәşәr Әsәdә sadiq qüvvәlәr yaşayış mәntәqәlәrinә hücum etmәyә davam edir

Bәşәr Әsәdә sadiq qüvvәlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücumlar zamanı ikisi uşaq olmaqla beş  mülki vәtәndaş hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn,Bәşәr Әsәd rejiminә məxsus döyüş təyyarələri  “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki qәsәbәlәrә vә kәndlәrә ağır zәrbәlәr endirib.

Mәlumatda  Bәşәr Әsәdә sadiq qüvvәlәrin Ebu Hebbe, Merand, Naciyyә vә Kebbine kәndlәri ilә Kebbine yüksәkliyini  top atәşinә tutduğu bildirilib.

Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.

Bәşәr  Əsədә sadiq qüvvәlәrin  hücumu nəticəsində ikisi uşaq olmaqla beş   mülki vətəndaş həyatını itirib.

Digәr tәrәfdәn Rusiyaya aid olduğu müәyyәnlәşdirilәn  döyüş tәyyarәlәrin  İdlibin Kefrenbil bölgəsi ilə Fattire, Derkuş, Has və Kebbine  kəndlərinə hücum etdiyi bildirilib. 

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Rejim qüvvәlәrinin 2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 1 milyon 42 min dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.



Әlaqәli Xәbәrlәr