Tel Abyadda Yerli Məclis quruldu

Suriyada Sülh Çeşməsi Əməliyyatı çərçivəsində terror təşkilatı YPG / PKK-dan təmizlənən Tel Abyad Yerli Məclis quruldu.

1295827
Tel Abyadda Yerli Məclis quruldu
tel abyad yerel meclis1.jpg

Türk Silahlı Qüvvələrinin Türkiyənin cənub sərhədində terror dəhlizi yaradılması cəhdlərinin qarşısını almaq, regionda sülh və sabitliyi bərpa etmək miqsədiylə YPG / PKK və DEAŞ terror təşkilatlarına qarşı başlatdığı Sülh Çeşməsi Əməliyyatından qıssa müddət sonra Suriyanın Tel Abyad qəsəbəsində həyat sürətlə normallaşır. Həmin çərçivədə qəsəbədə yaradılan yerli məclisə üzvlər seçildi.

Suriyanın Müvəqqəti Hökümət Başçısı Abdurrahman Mustafa seçkilərdən sonra təşkil edilən mərasimdə çıxış edib. O: “super güc” olaraq xarekterizə edilən bəzi dövlətlər tərəfindən hər cür dəstəklə təmin edilən terror təşkilatlarının Tel Abyada nəzarəti ələ keçirmə planları Türkiyə Silahlı Qüvvələri və Türk hökümətinin atdığı ciddi addımlar sayəsində məhv edildi. Tel Abyadda olduğu kimi ölkənin bütün ərazilərində xalqımız öz taleyini özü müəyyən etməlidir. Biz xalq arasından şəhər məclisimizin 23 üzvünü demokratik seçkilər ilə seçdik. Tel Abyadın nümunə götürələcək şəhər mövqeyinə qovuşması və yenidən bərpası üçün lazımlı addımları atmaqda davam edəcəyik.

Şanlıurfa valisi Abdullah Erin də mərasimdəki çıxışında Tel Abyad və Rasulayndakı bərpa işləri başda olmaqla xalqa yerli xidmətlərin çatdırıla bilməsi üçün lazımlı tədbirlərin təcili həyata keçiriləcəyini, qəzəbənin abadlaşdırılması üçün əllərindən gələn dəstəyi verməkdə davam edəcəklərini vurğulayıb.



Әlaqәli Xәbәrlәr