Tel Abyadda terror hücumunun qarşısı alındı

Suriya Milli Ordusunun hәrbçilәri Tel Abyadın  mərkəzində minalanmış avtomobil ilә törәdilmәyә çalışılan terror hücumunun qarşısını alıb.

1295879
Tel Abyadda terror hücumunun qarşısı alındı

 

Suriya Milli Ordusunun hәrbçilәri Tel Abyadın  mərkəzində minalanmış avtomobil ilә törәdilmәyә çalışılan terror hücumunun qarşısını alıb.

Avtomobilә yerlәşdirilәn bomba mәhv edilib.

‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn Tel Abyad bölgәsindә tәhlükәsizliyin tәmin olunması üçün partlayıcıların zәrәrsizlәşdirilmәsi ilә bağlı fәaliyyәtlәr davam etdirilir.

Suriya Milli Ordusunun hәrbçilәri bu çәrçivәdә Tel Abyad qәsәbәsinin mәrkәzindә YPQ/PKK terrorçuları tәrәfindәn  yerlәşdirilәn minalanmış avtomobil tәsbit edib.

Qәsәbәnin mәrkәzindә görülәn tәhlükәsizlik tәdbirlәrindәn sonra partlayıcı zәrәsizlәşdirilib.

Qeyd edәk ki, oktyabrın 13-dә Suriyanın Tel Abyad qәsәbәsi terrorçulardan tәmizlәnmişdi.



Әlaqәli Xәbәrlәr