YPQ / PKK terrorçuları Tel Abyadda hücum törәtdi

Separatçı terror təşkilatı YPQ / PKK terrorçularının  Suriya Milli Ordusunun  ‘‘Sülh çeşmәsi’’ әmәliyyatına  qatılan əsgərlərinә tәşkil etdiyi hücum nәticәsindә iki әsgәr xәsarәt alıb.

1294114

Terrorçular  Şanlıurfanın Akçakale qәsәbәsinin qarşısında yerlәşәn Tel Abyad qәsәbәsinә hücum edib. Mәlumata görә, hücum zamanı Suriya Milli Ordusunun qәrargahı hәdәf alınıb.

Hücum nәticәsindә Suriya Milli Ordusunun iki hәrbçisi xәsarәt alıb.

Xәsarәt alan hәrbçilәr xәstәxanaya yerlәşdirilib. Hücumdan sonra baş verәn yanğın söndürülüb.

Separatçı terror təşkilatı YPQ / PKK  Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında oktyabrın 17-dә әldә olunan razılaşmaya baxmayaraq  Tel Abyad və Rasulayn qәsәbәlәri ilә ətrafdakı bölgәlәrә  hücumlarını davam etdirir.

Milli Müdafiә Nazirliyindәn oktyabrın 22-dә verilәn açıqlamada bildirilib ki, әldә olunan razılaşmaya baxmayaraq  PKK / YPQ terrorçuları  razılaşmanın әsaslarını 42 dәfә pozub.

Hәmin gün  terrorçuların minalanmış avtomobil ilə  hәyata keçirdiyi hücum nәticәsindә Suriya Milli Ordusunun üç hәrbçisi şәhid olub, 18 әsgәr dә yaralanıb.

Әlaqәli Xәbәrlәr