Rasulaynda aşkar edilәn ‘‘Katyuşa’’ mәrmilәri zәrәrsizlәşdirilib

Suriyada Fərat çayının  şərqində terrorçulardan  təmizlənən Rasulayn rayonunda ələ keçirilən və Türkiyədəki mülki mövqelərə atılmaq üçün hazırlandığı müəyyən edən ‘‘Katyuşa’’ mәrmilәri zәrәrsizlәşdirilib.

1293963
Rasulaynda aşkar edilәn ‘‘Katyuşa’’ mәrmilәri zәrәrsizlәşdirilib
rasulayn katyusa roketleri1.jpg

 

Suriyada Fərat çayının  şərqində terrorçulardan  təmizlənən Rasulayn rayonunda ələ keçirilən və Türkiyədəki mülki mövqelərə atılmaq üçün hazırlandığı müəyyən edən ‘‘Katyuşa’’ mәrmilәri zәrәrsizlәşdirilib.

Türkiyənin cənub sərhədində yaradılmağa çalışılan terror dəhlizini yox etmək, sülh və əmin-amanlığı tәmin etmәk  məqsədilə Fәrat çayının şәrqindә başlanılan ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı nәticәsindә terrorçulardan tәmizlәnәn bölgәlәrdә minaların zәrәrsizlәşdirilmәsi istiqamәtindәki fәaliyyәtlәr davam etdirilir.

Suriya Milli Ordusunun hәrbçilәri  bu çərçivədə Şanlıurfanın  Ceylanpınar rayonunun qarşısındakı Rasulayn bölgәsindә ‘‘Katyuşa’’ mәrmilәrini  ələ keçirib.

Mәrmilәr Suriya Milli Ordusu tәrәfindәn  zərərsizləşdirilib.

Әmәliyyat  zamanı Rasulayndaki YPQ/PKK terrorçuları  Ceylanpınar rayonuna dəfələrlə raket mәrmilәri ilә  hücum etmişdi.

YPQ/PKK terrorçularının әmәliyyatın  əvvəlindən bu yana Türkiyə torpaqlarına təşkil etdiyi hücumlarda 20 nəfər şəhid olub,  200-ә  yaxın mülki şəxs dә yaralanıb.



Әlaqәli Xәbәrlәr