Rus qoşunu Aynularaba daxil oldu

Rusiya hərbi polisinin dəstələri Türkiyə-Suriya sərhədindəki Aynularaba (Kobani) daxil olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

1293371
Rus qoşunu Aynularaba daxil oldu

Nazirliyin şərhində : "Rusiya və Türkiyə prezidentlərinin oktyabrın 22-də Soçidə əldə etdikləri razılığa əsasən, bu gün saat 12-də Rusiya Hərbi Polisinin karvanı Fərat çayını keçərək Suriya-Türkiyə sərhədi istiqamətində irəliləyib”.

Açıqlamada o da qeyd edilib ki, Hərbi Polis dəstələri əhalinin təhlükəsizliyinin təmin olunmasına və asayişin qorunmasına yardım edəcəklər. “Onlar təyin olunmuş rayonlarda patrul xidməti aparmaqla, kürd özünü müdafiə dəstələrinin və onların silahlarının Suriya-Türkiyə sərhədindən 30 km dərinliyə çıxarılmasına kömək edəcəklər”.

Xarici işlər naziri Mevlut Çavuşoğlu da bu gün Anadolu Agentliyinə müsahibəsində:"Aynularab (Kobani) daxil olmaqla YPG mənsubu terrorçuların Rusiya və rejim qüvvələri tərəfindən 30 kilometr dərinliyə çıxarılacağını bildirib.

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr