Ruhani Sarkisyanla görüşdü

İran prezidenti Həsən Ruhani İrəvana səfəri çərçivəsində Ermənistan prezidenti Armen Sarkisyan ilə görüşüb.

1279330
Ruhani Sarkisyanla görüşdü

İran prezident administrasiyasından yayılan məlumata görə Həsən Ruhani Ermənistan Baş naziri Nikol Paşinyanın dəvətinə görə Ermənistanın paytaxtı İrəvanda baş tutan Avrasiya İqtisadi Birliyi  Liderlər Sammitinə qatılmaq üzrə bu ölkədə səfərdə olub. Bildirilib ki, Prezident Ruhaninin Ermənistan səfəri çərçivəsində baş tutan danışıqlarda ikitərəfli və regional məsələlər müzakirə edilib. Ruhani görüşdə Ermənistan və digər qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsinin İranın xarici siyasətinin təməlini təşkil etdiyini vurğulayıb. Ölkəsi ilə Ermənistan arasında enerji, nəqliyyat, turizm və sənaye sahələrində güclü əməkdaşlıq potensialının olduğuna diqqət çəkib. İranın Avrasiya iqtisadi Birliyinə qoşulmasının regionda iqtisadi əlaqələrin güclənməsinə töhfə verəcəyinə inamını bildirib.

Sarkisyan da İranla münasibətlərin irəli pillələrə qaldırılmasını yüksək qiymətləndirdiyini, sənaye, enerji və ətraf mühit sahələrində əməkdaşlığı gücləndirmək istədiklirini bildirib.



Әlaqәli Xәbәrlәr