Mahmud Abbasdan İsrailə xəbərdarlıq

Mahmud Abbas İsrailin işğalı altında olan İordan çayının qərb sahilində yerləşən İordan vadisi ilə qanunlara zidd yaradılan Yəhudi yaşayış yerlərini ilhaq etməsi halında İsrail ilə imzalanmış bütün razılaşmaların etibarsız olacağını bildirib.

1277306
Mahmud Abbasdan İsrailə xəbərdarlıq

Fələstin prezidenti Mahmud Abbas Birləşmiş Millətlər Təşkilatının (BMT) ABŞ-dakı 74-cü Baş Assambleyasında etdiyi çıxışında : “Beynəlxalq ictimaiyyət İsrailin təcavüzü və fələstinlilərin haqqlarını taptalamasına daha biganə qalmamalıdır. Fələstinin işğala qarşı  müqaviməti davam edəcək. Sülh danışıqlarından həmişə imtina edən İsrail İordan vadisini işğal edərsə bütün razılaşmalar qüvvədən düşəcəkdir. İsrailə imzaladığı müqavilələrə və beynəlxalq qanunlara hörmətlə yanaşması üçün beynəlxalq təzyiqlər artmalıdır’-deyə vurğulayıb.

Mahmud Abbas Fələstinə qayıdarkən İordan çayının qərb sahilində, Qəzzada və Qüdsdə ümumi seçkilərin keçirilməsi və 20 Fevral 2018-ci il tarixində BMT təhlükəsizlik şurasına təqdim etdiyi beynəlxalq Təhlükəsizlik Konfransı haqqında çağırış verib.



Әlaqәli Xәbәrlәr