İngiltərəyə məxsus “Steno Impero” yanacaq tankeri İran sahillərindən ayrıldı

İran tərəfindən müsadirə edilən İngiltərəyə məxsus “Steno Impero” adlı yanacaq tankerinin sərbəst buraxılmasından sonra İran sahillərindən ayrıldığı açıqlandı.

1277645
İngiltərəyə məxsus “Steno Impero” yanacaq tankeri İran sahillərindən ayrıldı

İran tərəfindən müsadirə edilən İngiltərəyə məxsus “Steno Impero” adlı yanacaq tankerinin sərbəst buraxılmasından sonra İran sahillərindən ayrıldığı açıqlandı.

İran dövlət televiziyasının xəbərinə görə, “Steno Impero” yanacaq tankəri  Hörmüzqan əyalətinə bağlı Abbas limanından ayrılaraq beynəlxalq sulara üz tutdu.

İranın Hörmüzqan Əyaləti Dənizçilik və Liman İşləri üzrə baş direktoru Murad Afifipur dövlət televiziyasına verdiyi açıqlamada neft tankerinin ayrılması üçün hüquq işlərinin tamamlandığını, ancaq İran məhkəməsinin pozuntu ilə əlaqədar yekun qərara hələ gəlmədiyini söylədi.

Afifipur yanacaq tankerinin dənizçilik qaydalarını pozmaqla əlaqədar məhkəmə qərarının daha sonra elan ediləcəyini açıqladı.

İngiltərəyə bağlı Cəbəllütariq hökuməti 4 iyulda Suriyaya qarşı sanksiyaları pozduğu səbəbilə İran tankerini müsadirə etmişdi.

İranlı səlahiyyətlilər tankerin buraxılmasını, əks təqdirdə qisas alacaqlarını açıqlamışdı.

İran İnqilab Keşikçiləri Qvradiyası 19 iyulda İngiltərəyə məxsus “Steno Impero” adlı yanacaq tankerini Hörmüz boğazından keçdiyi əsnada “dənizçilik qaydalarına əməl etmədiyi” səbəbindən müsadirə etdiyini bildirmişdi.

Cəbəllütariq Ali Məhkəməsi İran tankerini 15 avqsutda sərbəst buraxma qərarına gəlmişdi.



Әlaqәli Xәbәrlәr