""ABŞ Avropa İttifaqı ölkələrinin liderləri vasitəsilə danışıqlar üçün mesaj göndərdi", H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ-ın Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri vasitəsilə danışıqlar üçün onlara mesaj göndərdiyini, ancaq İran olaraq sanksiyalar altında bir müzakirəni qəbul etmədiklərini bildirdi.

1277743
""ABŞ Avropa İttifaqı ölkələrinin liderləri vasitəsilə danışıqlar üçün mesaj göndərdi", H.Ruhani

İran prezidenti Həsən Ruhani ABŞ-ın Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri vasitəsilə danışıqlar üçün onlara mesaj göndərdiyini, ancaq İran olaraq sanksiyalar altında bir müzakirəni qəbul etmədiklərini bildirdi.

Nyu-Yorkda BMT-nin Baş Məclisinin iclaslarından sonra ölkəsinə qayıdan Ruhani paytaxt Tehranın Mehrabad hava limanında təşkil etdiyi mətbuat konfransında ABŞ-la aparılan danışıqları qiymətləndirərək dedi ki, Almaniya kansleri Angela Merkel, İngiltərənin baş naziri Boris conson və Fransa prezidenti Emmanuel Makron danışıqların aparılmasında israr etdilər və mənə danışıqlar aparılacağı təqdirdə ABŞ-ın sanksiyaları ləğv edəcəyini söylədilər.

Ruhani "Aİ ölkələrinin rəhbərlərinə ədalətli və azad şəraitdə keçməsi şərtilə danışıqlara hazır olduğumuzu bildirdim. ‘Danışıqlara və P5+1 görüşünə nə vaxt hazırsınız?’ deyə sual etdilər, mən də “Şərtləri hazırlayın, bir saat sonra ‘P5+1 görüşünə hazırıq’ deyə qeyd etdiyini söylədi.

"Amerikalılar Aİ rəhbərləri vasitəsi ilə danışıqlar olacağı təqdirdə bütün sanksiyaların ləğv ediləcəyilə bağlı bir mesaj göndərdilər" deyə bildirən Ruhani "Heç kim sanksiya və təzyiq altında aparılan danışıqların nəticəsinin nə olacağını əvvəldən görə bilməz" dedi.

Ruhani ölkəsinin danışıqlardan qorxmadığını və imtina etmədiyini, ABŞ isə öz növbəsində danışıqlara mane olduğunu söylədi.

Danışıqlar masasına oturmaq üçün sanksiyalara və təzyiqlərə son qoyulmasının vacibliyini qeyd edən Ruhani İranın danışıqlardan qorxmadığını və imtina etmədiyini, ABŞ-ın problemin həllini istəməyən və danışıqların qarşısını alan tərəf olduğunu bildirdi.

“Saudi Aramco” hücumuyla əlaqədar İranı ittiham edən ölkələri də tənqid edən Ruhani Türkiyə və Rusiya daxil olmaqla bir çox ölkənin İranın cinayət məsuliyyətinə cəlb edilməsinin düzgün olmadığına dair açıqlamalar verdiklərini də xatırlatdı.

Ruhani eyni zamanda İranın nüvə silaha sahib olmaq istədiyinə dair iddialara da toxunaraq "Nüvə silahına sahib olmaq istəyən ölkə heç olmasa nəzarəti azaldar, amma biz azaltmamışıq" deyə qeyd etdi.



Әlaqәli Xәbәrlәr