Baş qərargah rəisi  General Yaşar Gülər Qətərə səfərə gedib

Baş qərargah Başçısı General Yaşar Gülər Qətərə  səfəri   çərçivəsində  Müdafiə naziri Xalid İbn Məhəmməd əl-Atiyye ilə görüş keçirdi. Məlumata görə danışıq zamanı iki ölkə arasındakı hərbi əməkdaşlıq müzakirə edilib.

1274654
Baş qərargah rəisi  General Yaşar Gülər Qətərə səfərə gedib

Qətər rəsmi xəbər agentliyi QNA  bildirib  ki, general Gülər səfərdə olduğu Qətərdə bu ölkənin Müdafiə naziri Atiyye ilə paytaxt Dohada bir araya gəlib. Görüş zamanı iki ölkə arasında hərbi sahədə əməkdaşlıq mövzusu və bunun irəlli pillələrə qaldırılması müzakirə olunub.

Görüşə Qətər Baş qərargah rəisi Qənim ibn Şahin əl-Qənim, eləcə də ordu komandirləri iştirak ediblər.

Qeyd edək ki, Baş qərargah Başçısı Gülər dünən Qətərə rəsmi səfərə gedib.

 



Әlaqәli Xәbәrlәr