Türk jurnalistlər Kəşmir bölgəsində

Türk jurnalistlərindən ibarət heyət, Kəşmirdəki vəziyyəti izləmək və Pakistan rəsmiləri ilə danışıqlar keçirmək üzrə bölgəyə getdi.

1270812
Türk jurnalistlər Kəşmir bölgəsində

Kəşmirdəki nəzarət xəttində vəziyyəti yaxından izləyəcək olan heyət səfərinin ilk günündə Pakistan ordusunun media orqanı “Servisler Arası İctimaiyyətlə Əlaqələr” üzrə Direktorluğuna baş çəkib. Türkiyənin İslamabad səfirliyində görüşlər keçirib.

“Servisler Arası İctimaiyyətlə Əlaqələr” üzrə Direktorluqda baş tutan iclasda Pakistan Ordusunun sözçüsü Asif Qafur tərəfindən  heyətə Pakistan-Hindistan sərhədində atəşkəs pozuntuları, Nəzarət Xəttindəki son vəziyyət və Hindistanın nəzarətində olan Cammu Kəşmirdə insan haqlarının pozulması barədə ətraflı məlumat verib.

Jurnalistlərdən ibarət heyət daha sonra səfir İhsan Mustafa Yurdakul ilə bir araya gəlib. Səfir danışıq zamanı heyətin Türkiyə-Pakistan əlaqələri və regional mövzulara dair sualllarını cavablandırıb.

Qeyd edək ki, Pakistana səfəri çərçivəsində Kəşmir bölgəsinə də baş cəkəcək olan heyət Prezidenti Arif Alvi tərəfindən qəbul ediləcəkdir. Heyət İslamabad və Lahordakı danışıqlardan sonra ölkədən ayrılacaq.

 



Әlaqәli Xәbәrlәr