ABŞ-ın Suriyanın şimal-şərqinə daha 150 əsgər göndərməyə hazırlaşdığı iddia edildi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Suriyanın şimal-şərqinə daha 150 əsgər göndərməyə hazırlaşdığı iddia edildi.(YENİLƏNİB)

1268585
ABŞ-ın Suriyanın şimal-şərqinə daha 150 əsgər göndərməyə hazırlaşdığı iddia edildi

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Suriyanın şimal-şərqinə daha 150 əsgər göndərməyə hazırlaşdığı iddia edildi.

Amerikan “New York Times” qəzetinin ABŞ-lı səlahiyyətlilərə əsaslandırdığı xəbərində həmin əsgərlərin göndərilmə prosesinə dair təsdiqin Türkiyə ilə göstərilən fəaliyyətlərin ilk mərhələsinin uğurlu olmasından asılı olduğuna diqqət çəkilib.

Göndəriləcək əsgərlərin dəqiq olaraq hansı vəzifəyə cəlb olunacaqları barədə məlumat verilməyib. Xəbərdə “Pentaqon və Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) mövzuya dair “Anadolu” xəbər agentliyinin suallarına hələ də cavab verməyib” deyə bildirilib.

Qeyd edək ki, ABŞ əsgərləri daha əvvəl terror təşkilatı YPG/PKK ilə də Suriyanın şimalında patrul vəzifəsi yerinə yetirərkən görülmüşdü.

Ayrıca SDG adından istifadə edən terror təşkilatı YPG/PKK isə keçən həftələrdə ABŞ-ın Türkiyə ilə Suriyanın şimal-şərqində göstərilən patrul fəaliyyətlərinə əsgər vəzifələndirməsindən sonra kifayət səviyyədə hərbi dəstəyi ala bilmədiklərini və ABŞ-ın bölgəyə əlavə əsgər göndərməsini tələb etmişdi.

ABŞ prezidenti Donald Trampın noyabr ayında Suriyadan mərhələli olaraq çəkilmə qərarından sonra ölkədə minə yaxın ABŞ əsgəri qalmışdı.

Digər tərəfdən ABŞ Müdafiə Nazirliyinin (Pəntaqon) sözçüsü mayor (binbaşı) Sean Robertson ölkəsinin Şurasının şimal-şərqinə əsgər göndəriləcəğinə dair iddilar barədə deyib ki, əsgər sayımızda bir dəyişiklik yoxdur.

Amerikan “New York Times” qəzetinin “Pentaqonun Suriyaya daha 150-yə yaxın əsgər göndərməyi planlaşdırdığı iddiası ilə əlaqədar “Anadolu” xəbər agentliyinin suallarını cavablandıran Robertson prezident Donlad Trampın Suriyadan koordinasiyalı şəkildə çəkilmə əmrini tətbiq etməkdə davam etdiklərini bildirərək, hərbiçi sayı sahədə şərtlərə görə müəyyən ediləcək. Təhlükəsizlik səbəbindən əsgər sayı və zaman mövzularına toxunmayacağıq” ifadələrini işlədib.  

ABŞ-ın Türkiyə ilə Surayının şimal-şərqində təhlükəsizlik mexanizminin şərtlərini sürətli şəkildə həyata keçirmək üçün addımlar atdığını vurğulayan Robertson iki ölkə arasındakı razılaşmanın bəzi ydrlərdəki prosesin planlaşdırılan prosesdən daha sürətli irəlilədiyini deyib.

Robertson “Əməkdaşlığımızı, koordinasiya və fikir mübadiləmizi artırmaq üçün Türk müttəfiqlərimizlə yaxından əməkdaşlıq etmə planına sadiq qalmaqda davam edirik” deyib.



Әlaqәli Xәbәrlәr