Kərbəlada üç gün matəm elan edildi
Dünən İraqın Kərbəla şəhərində yaranan izdihamda 31 nəfərin həyatını itirməsinə görə üç gün matəm elan edildi.
Kerbala şəhər icra hakimiyyət başçılığından yayılan açıqlamada İraq Baş naziri Adil Abdulmehdinin Kərbəla vilayətində Aşura mərasimlərinin keçirildiyi əsnada yaranan izdiham nəticəsində 31 nəfərin həyatını itirməsinə görə üç gün matəm elan etdiyi vurğulanıb.
Qeyd edək ki, dünən Kərbəla şəhərində Aşura mərasimi əsnasında yaranan izdihamda 31 nəfər ölüb 100 nəfər yaralanıb. İraq Baş naziri Adil Abdulmehdi hadisədən sonra Kərbəlaya gedərək xəstəxanada müalicə olunan yaralılara baş çəkib.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir