Suriyalıların geri qayıtma prosesi davam edir

Ölkələrindəki vətəndaş müharibəsindən qaçaraq Türkiyəyə gələn suriyalılardan daha bir qrup Öncüpınar sərhəd-keçid məntəqəsindən çıxaraq, terror təşkilatlarından təmizlənən bölgələrə getdi.

1267007

Türkiyənin müxtəlif şəhərlərində yaşayan qadın və uşaqların da aralarında olduğu 120-yə yaxın suriyalı “Könüllü geriqayıdış proqramı” çərçivəsində Öncüpınardakı Köç İdarəsindəki rəsmi işlərin başa çatdırılmasından sonra mikroavtobuslara mindirildilər.

Suriyalılar Öncüpınar sərhəd-keçid məntəqəsindən “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatları ilə terror təşkilatları YPG/PKK və DEAŞ-dan təmizlənən bölgələrə getdilər.

“Könüllü geriqayıdış proqramı” çərçivəsində 2015-ci ildən bəridir təqribən 335 min suriyalı ölkəsinə qayıtdı.

Әlaqәli Xәbәrlәr