Hindistandan Rusiyaya S-400 ilǝ bağlı ilk ödǝniş reallaşdı

Rusiya Baş nazirinin müavini Yuriy Borisov, S-400 hava hücumundan müdafiə sisteminin Hindistana satışına dair əvvəlcədən ödəniş aldıqlarını bildirdi.

1266206
Hindistandan Rusiyaya S-400 ilǝ bağlı ilk ödǝniş reallaşdı

Borisov, Rusiya dövlət kanalı Rossiya 1-ə  verdiyi açıqlamada, Hindistana satdıqları S-400-lərin müəyyən edilən vaxtda təhvil verilməsi üçün lazım olan səyi edəcəklərini, bunun qısa müddətdə (18-19) ayda reallaşacağına inandığını bildirib.

Qeyd edək ki, Hindistan ilə Rusiya arasında S-400-lərin satışına dair 5.43 milyard dollarlıq müqavilə 2018-ci ilin oktyabrında imzalanmışdır.


Etiketlәr: #S-400 , #Hindistan

Әlaqәli Xәbәrlәr