ABŞ Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgələrə yeni təchizat göndərdi

ABŞ Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgələrə təxminən 60 TIR-la hərbi təchizat göndərib.

1264322
ABŞ Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgələrə yeni təchizat göndərdi

ABŞ Suriyada terror təşkilatı YPG/PKK işğalındakı bölgələrə təxminən 60 TIR-la hərbi təchizat göndərib.

Yerli qaynaqlardan əldə edilən məlumata görə, ABŞ dünən Suriya-İraq arasındakı Simelka sərhəd-keçid məntəqəsindən 60 TIR-a yaxın konvoy keçirib.

Konvonyda böyük yük, iş maşınları, yanacaq tankerləri, generatorlar və bağlı TIR-lar olduğu müşahidə olunub.

Qaynaqlar TIR-ların YPG-PKK işğalındakı bölgələrə getdiyini bildiriblər.

Əvvəlki göndərilənlərin əksinə konvoyun gündüz saatlarında girdiyi isə diqqət çəkib.

ABŞ təqribən iki həftə əvvəl də 60 TIR logistik dəstək konvoyunu YPG/PKK işğalındakı bölgələrdəki bazalara çatdırılmışdı.

2015-ci ildən bəridir DEAŞ ilə mübarizəni amil kimi göstərərək YPG/PKK-ya hərbi dəstək verən ABŞ-ın Suriyada hələ də 18 baza və hərbi nöqtədə 2 minə yaxın personalı var.



Әlaqәli Xәbәrlәr