İran nüvə razılaşması  ilə bağlı yeni şərt irəli sürdü

İran, Amerika Birləşmiş Ştatlarının sanksiyaları səbəbiylə sata bilmədiyi neft  qarşılığında  Avropa ölkələrinin  15 milyard dollarlıq kredit təmin   etmələri  halında nüvə sazişinin öhdəliklərini yerinə yetirəcəyi  bildirib.

1263450
İran nüvə razılaşması  ilə bağlı yeni şərt irəli sürdü

İranın yarı rəsmi xəbər agentliyi Fars-a görə, İran xarici işlər nazirinin müavini Abbas Arakçı: “Nüvə razılaşmasının  şərtlərini  yerinə  yetirməğimiz  üçün neft  satmağımıza   icazə  verilməli  və  ya   kredit  təmin  edilməlidir. Əks təqdirdə,  müqavilədəki öhdəliklərin  çoxuna  əməl  edilməyəcək.  Nüvə sazişinə   sadiq   qalmağımız 4 ay  ərzində 15 milyard dollar   alamağımızdan  asılıdır. Avropa ya İrandan neft   satın almalı  və  ya neft  gəlirimiz  qədər kredit verməlidir”-deyə  vurğulayıb.   

Qeyd  edək  ki, ABŞ prezidenti Donald Tramp  ilə   keçən həftə Fransanın Biarritz şəhərində   keçirilən G7 sammiti  çərçivəsində   görüş  keçirən   Fransa prezidenti Emmanuel Makron, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi   ilə də  bir araya  gələrək nüvə sazişini müzakirə etdi.



Әlaqәli Xәbәrlәr