"Rusiyada ədalətli və azad seçkilərin keçirilməsini tələb edirik"

Qeyd edək ki, paytaxt Moskvada avqustdan başlayan və həftə sonları təşkil edilən mitinqlərdə yüzlərlə adam nəzarətə alınıb.

1261594
"Rusiyada ədalətli və azad seçkilərin keçirilməsini tələb edirik"

  Rusiyada minlərlə adam etirazlarda nəzarətə alınanların sərbəst buraxılması və Moskva Şəhər Məclisi seçkilərinə qatılmaq istəyən müstəqil namizədlərin qeydiyyatının ləğvi ilə bağlı icazəsiz yürüşə çıxıb.

  Çistıye Prudı prospekti ilə Puşkin meydanı arasındakı yürüşə Rusiya müxalifətinin lideri Aleksey Navalnıyın qurduğu Koppupsiya ilə Mübarizə Fondunun vəkili Lyubov Sobol, Yabloko Partiyasının qurucusu Qriqori Yavlinski və minlərlə etirazçı qatılıb.

  Rusiya prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirən nümayişçilər ölkədə ədalətli və azad seçkilərin keçirilməsini tələb ediblər.

  Qeyd edək ki, paytaxt Moskvada avqustdan başlayan və həftə sonları təşkil edilən mitinqlərdə yüzlərlə adam nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr