İdlibdə hava hücumları nəticəsində 9 dinc vətəndaş həlak olub

Suriyada Bəşər Əsəd rejimi və tərəfdarı Rusiyanın İdlib gərginliyi azaltma bölgəsinə etdiyi hücumlar nəticəsində mülki vətəndaşlardan 9-u həyatını itirdi, ən az 20 mülki vətəndaş isə yaralandı.

1258191
İdlibdə hava hücumları nəticəsində 9 dinc vətəndaş həlak olub

Suriyada Bəşər Əsəd rejimi və tərəfdarı Rusiyanın İdlib gərginliyi azaltma bölgəsinə etdiyi hücumlar nəticəsində mülki vətəndaşlardan 9-u həyatını itirdi, ən az 20 mülki vətəndaş isə yaralandı.

Müxalifətə məxsus təyyarə müşahidə evindən əldə edilən məlumata görə, Əsəd rejimi və Rusiya İdlibin qəsəbə və kəndlərinə havadan intensiv şəkildə hücum edib.

Digər tərəfdən Suriyada Bəşər Əsəd rejiminin havadarı Rusiyanın İdlib gərginliyi azlatma bölgəsinə bu gün etdiyi hücumlarda da 6 mülki vətəndaş həyatını itirib, 12-si isə yaralanıb.

Müxalifətə məxsus təyyarə müşahidə evindən əldə edilən məlumata görə, Əsəd rejimi və Rusiya İdlibin Bsakla, Maarethırme, Kefer Secne, Kefer Avid, Hiş, Stufen, İhsem və Tuh kəndləri ilə Laskiyənin Kibbane kəndinə güclü hava hücumları edib. 

Hücumlar nəticəsində 12 mülki vətandaş həlak olub, ölü və yaralı sayının artmasının istisna edilmədiyi bildirilib.

Mülki Müdafiə (Ağ dəbilqəlilər) qaynaqlarından əldə edilən məlumata görə, hücumlarda 9 dinc vətəndaş ölüb, ən az 20-si isə xəsarət alıb.

Suriyanın şimal-qərbində yerləşən İdlib vilayəti deməli müharibənin başladığı 2011-ci ildən bəridir müxalifətin qalası kimi tanınır. Ölkə daxilindəki köçlə əhali sayı 4 milyonu ötən İdlibin şəhər mərkəzi 2015-ci ilin mart ayında müxalifətin nəzarətinə keçdi. İdlib rejimin sıx-sıx hədəf aldığı bölgələrin başında yer alır.

Suriya İnsan Haqları Şəbəkəsi Suriyada Əsəd rejimi qüvvələri və Rusiyanın 26 aprel-19 avqust tarixlərində İdlib gərginliyi azaltma bölgəsinə hücumlarında ən az 843 mülki vətəndaşın həlak olduğunu bildirmişdi.  



Әlaqәli Xәbәrlәr