"Biz silah yarışına girmək istəmirik, amma..." V.Putin

Paytaxt Moskvada Təhlükəsizlik Şurası yığıncağında ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi (İNF) çərçivəsində qadağan olunan orta ölçülü seyr mərmisinin testi ilə bağlı V.Putin deyib...

1257471
"Biz silah yarışına girmək istəmirik, amma..." V.Putin

  Rusiya prezidenti Vladimir Putin ölkənin təşkilatlarına Amerika Birləşmiş Ştatlarının yaratdığı təhdid səviyyəsini analiz etmək və geniş tədbirlərə hazırolma təlimatını verdi.

  Paytaxt Moskvada Təhlükəsizlik Şurası yığıncağında ABŞ-ın Orta Mənzilli Nüvə Qüvvələri Müqaviləsi (İNF) çərçivəsində qadağan olunan orta ölçülü seyr mərmisinin testi ilə bağlı V.Putin deyib:

  “ABŞ-ın Rumıniya və Polşada K-41 mərmiatma sistemlərini əvvəldən yerləşdirib. Razılaşmanın pozulduğu ortadadır, özləri də bunu açqıladı, dana bilməzlər. ABŞ əvvəldən dediyimiz qayğıların artdığını təsdiqləyir.

  ABŞ İNF müqaviləsi çərçivəsində qadağan edilmiş mərmiləri dünyanın müxtəlif bölgələrində yerləşdirməyi planlaşdırır. Amerika rəsmiləri yeni sistemlərin Asiya və Sakit Okean bölgəsində yerləşdirəcəyini bildiriblər. Bu, təməl maraqlarımızı sarsıdır, çünki sözügedən bölgələr Rusiya sərhədlərinə yaxındır.

  Biz Rusiyanın iqtisadiyyatını çətin vəziyyətə salacaq silah yarışına girmək istəmirik, ancaq ölkənin təhlükəsizliyini təmin etməyə məcburuq.”



Әlaqәli Xәbәrlәr