BMT-nin xüsusi nümayəndəsi Yəmənin parçalanma riski ilə bağlı xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatının Yəməndəki xüsusi nümayəndəsi Martin Qriffits Yəməndə davam edən qarşıdurmaların vəziyyəti sürətlə dəyişdirdiyini və ölkənin parçalanma riski altında olduğunu bildirdi.

1255677
BMT-nin xüsusi nümayəndəsi Yəmənin parçalanma riski ilə bağlı xəbərdarlıq etdi

 

Birləşmiş Millətlər Təşkilatının Yəməndəki xüsusi nümayəndəsi Martin Griffits Yəməndə davam edən qarşıdurmaların  vəziyyəti sürətlə dəyişdirdiyini və ölkənin parçalanma riski altında olduğunu bildirdi.

BMT Təhlükəsizlik Şurasına Yəməndəki hadisələr barədə məlumat verən Griffits qarşıdurmaların Sana, Taiz, Əl-Cəvf, Əl-Bayda, Həccə və Əl-Dali bölgələrində davam etdiyini söylədi.

Verilən sözlərə baxmayaraq Sana hava limanının açılmadığını, Hudeydə razılaşmasının kifayət qədər sürətli şəkildə həyata keçirilmədiyini, Taiz məsələsində də əldə olunan razılaşma və məhbusların dəyişdirilməsi istiqamətində konkret addımların atılmadığını vurğulayan Griffits Husilərin və  Səudiyyə Ərəbistanındakı mülki infrastrukturu qəsdən hədəf alan hücumlarını və  Səudiyyə Ərəbistanındakı və Birləşmiş Ərəb Əmirliklərinin dəstək verdiyi  Cənubi Keçid Şurasına tabe olan birliklərin  Ədəndəki hökumət binalarını ələ keçirmək səylərini  qınadı.

BMT-nin xüsusi nümayəndəsi Yəmənin sosial strukturunun zədələnməsinə, zorakılıq və qarşıdurmaların ölkənin cənubundakı digər əyalətlərə də yayılacağına diqqət çəkərək: "Yəmənin  parçalanma riski artır, bu səsbəbdən sülh prosesinin sürətlənməsinə daha çox ehtiyac var. Vaxt itirmək olmaz" dedi.

BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Ursula Müller də Ədəndə hökumətə tabe olan qüvvələr və Cənubi Keçid Şurası birlikləri arasındakı qarşıdurmalarda ən az 300 mülki vətəndaşın həlak olduğunu, və ya xəsarət aldığını söylədi.
 



Әlaqәli Xәbәrlәr