İsrail ABŞ Konqresinin üvzü Rəşidə Tlaibin ölkəyə girişinə icazə verdi

İsrail humanitar səbəblərə görə ABŞ Konqresinin üvzü Rəşidə Tlaibin ölkəyə girişinə icazə verdi.

1253730
İsrail ABŞ Konqresinin üvzü Rəşidə Tlaibin ölkəyə girişinə icazə verdi

İsrail humanitar səbəblərə görə ABŞ Konqresinin üvzü Rəşidə Tlaibin ölkəyə girişinə icazə verdi.

Bu barədə İsrail Daxili İşlər Nazirliyi açıqlama yaydı.

“Tlaib dünən axşam İsrail daxili işlər naziri Arye Deriyə məktub göndərib. O, İsrailin tələblərinə əməl edəcəyinə, ziyarət məhdudiyyətlərinə qarşı anlayışla yanaşacağına və eyni zamanda ziyarət əsnasında İsrailə qarşı boykotu təbliğ etməyəcəyinə söz verib”, deyə Daxili İşlər Nazirliyin açıqlamasında bildirilir.

ABŞ Konqresinin üzvü Rəşidə Tlaib İordan çayının qərb sahilində yerləşən Fələstin kəndi Beyt Ur əl-Fuqada yaşayan nənəsinə baş çəkəcək.

Xatırladaq ki, avqustun 15-də İsrail XİN ABŞ Konqresinin iki üzvünün ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edildiyini bəyan edib.

İsrail xarici işlər nazirinin müavini Tsipi Hotoveli ABŞ Konqresində Demokratlar Partiyasının təmsilçiləri olan İlhan Ömər və Rəşidə Tlaibin İsrailə girişinə icazə verilməyəcəyini deyib.



Әlaqәli Xәbәrlәr