İsrail ABŞ Konqresinin iki üzvünün ölkəyə girişinə qadağa qoydu

İsraildə ABŞ Konqresində Demokratlar Partiyasının təmsilçiləri olan İlhan Ömər və Rəşidə Tlaibin ölkəyə girişinə icazə verilməməsi barədə qərar qəbul edildi.

1253516
İsrail ABŞ Konqresinin iki üzvünün ölkəyə girişinə qadağa qoydu

İsraildə ABŞ Konqresində Demokratlar Partiyasının təmsilçiləri olan İlhan Ömər və Rəşidə Tlaibin ölkəyə girişinə icazə verilməməsi barədə qərar qəbul edildi.

İsrail baş naziri Binyamin Netanyahu qərarla bağlı yazılı açıqlama yaydı.

Baş nazir açıqlamada İsrail qanunlarının digər demokratik ölkələrdə olduğu kimi ölkəyə zərər verən, İsraili boykota çağıran və bunu həyata keçirmək üçün çalışanların ölkəyə girişinə icazə vermədiyini qeyd etdi.

Tlaib və Ömərin ABŞ Konqresində İsraili boykot məsələsində çox aktiv olduqlarına diqqət çəkən Netanyahu onların ölkəyə səfər proqramlarını bir neçə gün əvvəl tərtib etdiklərini və məqsədlərinin İsrailin legitimliyini rədd etmək və boykotu gücləndirmək olduğunu bildirdi.

Tlaib və Öməri İsrailə zərər vermə və İsrailə qarşı provakasiyanı gücləndirmə niyətilə proqram hazırlamaqda günahlandıran Netanyahu bu səbəbdən Daxili İşlər Nazirliyinin bu şəxslər barəsində ölkəyə giriş qadağası qərarını qəbul etdiyini və özünün də baş nazir olaraq bu qərarı dəstəklədiyini ifadə etdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən gün "Twitter" hesabından yaydığı açıqlamada Tlaib və Öməri "İsrail və yəhudi düşməni" adlandırıb və onların İsrailə girişinə icazə verilməməsini məqsədəuyğun bilib.

Tramp açıqlamasında bu ifadələri işlədib: "Əgər İsrail Ömər və Tlaibin ölkəyə girişinə icazə verərsə, böyük b zəiflik nümayiş etdirər. Onlar İsrail və yəhudilərə nifrət edirlər və bu fikirlərini dəyişdirmək mümkün deyil".

Trampın bu açıqlaması ABŞ mediasında və ictimaiyyətində yeni mübahisələrə səbəb olub. 

Qeyd edək ki, İlhan Ömər və Rəşidə Tlaib ABŞ tarixində Konqresə seçilən ilk müsəlman qadınlardır.

 



Әlaqәli Xәbәrlәr