İran ilә  Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalanıb

İran ilә  Birləşmiş Ərəb Əmirlikləri arasında sərhədlərdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan  anlaşma memorandumu imzalanıb.

1246295
İran ilә  Birləşmiş Ərəb Əmirlikləri arasında anlaşma memorandumu imzalanıb

 

İran ilә  Birləşmiş Ərəb Əmirlikləri arasında sərhədlərdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan  anlaşma memorandumu imzalanıb.

İran dövlət televiziyasının yaydığı  xəbərinə görə, iki ölkәnin tәhlükәsizlik mәsәlәlәri üzrә sәlahiyyәtlilәri  6 ildәn  sonra  Birgə Sahil Təhlükəsizliyi Konfransı  ilә әlaqәdar Tehranda bir araya gəldilәr.

Toplantıda İran ilә  Birləşmiş Ərəb Əmirlikləri arasında sərhədlərdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb

Anlaşma memorandumunu imzalayan İran Sərhəd Qoşunları komandanı, general-mayor Qasım Rızai bildirib ki, toplantıda  iki ölkə arasında  sərhədlərdə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Qasım Rızai  bu növ görüşlərin iki ölkə sərhədlərinin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu bildirib.

Sözügedən anlaşma memorandumunu imzalayan BƏƏ Sərhəd  Qoşunları komandanı  el-Ahbabi isə öz növbәsindә bildirib ki, sәrhәdlәrdәki  təhlükəsizliyi güclәndirәcәk  və keçidləri asanlaşdıracaq bu müqavilə hәr  iki ölkənin maraqlarına cavab verir.



Әlaqәli Xәbәrlәr