“Məqsədim iki ölkə əlaqələrində cəsur bir yeni başlanğıc üçün yollar tapmaqdır”, K.Miçotakis

Yunanıstanın baş naziri Kiriakos Miçotakis məqsədinin Türkiyə-Yunanıstan əlaqələrində cəsur bir yeni başlanış üçün yollar tapmaq olduğunu söylədi.

1244506
“Məqsədim iki ölkə əlaqələrində cəsur bir yeni başlanğıc üçün yollar tapmaqdır”, K.Miçotakis

Yunanıstanın baş naziri Kiriakos Miçotakis məqsədinin Türkiyə-Yunanıstan əlaqələrində cəsur bir yeni başlanğıc üçün yollar tapmaq olduğunu söylədi.

Miçotakis baş nazir seçiləndən sonra ənənəvi olaraq ilk səfərini Cənubi Kıbrıs Rum Rəhbərliyinə reallaşdıraraq, Rum lider Nikos Anastasiadis ilə Lefkoşada bir araya gəldi.

İki günlük işgüzar səfərlə Adada olan Miçotakis keçirdiyi müxtəlif görüşlərdən sonra mətbuat mənsublarına verdiyi açıqlamada Yunanıstan və Türkiyə arasındakı əlaqələrə toxunaraq dedi:

“Məqsədim Türkiyə-Yunanıstan əlaqələrində cəsur bir başlanğıc üçün yollar tapmaqdır. Lakin bu addımların mərhələli şəkildə reallaşması lazımdır. Zamana və etimadın yaranmasına ehtiyac var”.



Әlaqәli Xәbәrlәr