Keçmiş vitse-prezident haqqında edam hökmü verildi

İranın keçmiş vitse-prezidenti və Tehranın sabiq Bələdiyyə sədri Məhəmməd Əli Nəcəfi edama məhkum edildi.Bu barədə İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmayili bəyanat yayıb.

1244939
Keçmiş vitse-prezident haqqında edam hökmü verildi

Məlumata görə, paytaxt Tehranda mətbuat konfransı keçirən Qulam Hüseyn İsmayili bildirib ki, həyat yoldaşını öldürdüyünü etiraf edən Tehranın sabiq meri Nəcəfi qisas hökmünə məhkum edilib. Qeyd edək ki, Məhəmməd Əli Nəcəfi əvvəllər İran Təhsil naziri və prezidentin köməkşisi kimi yüksək vəzifələrdə çalışıb. Nəcəfi bu ilin may ayında ikinci həyat yoldaşı Mitra Ustadini odlu silahla vuraraq öldürdü. Cinayətdən sonra polisə təslim olan Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf etdi. O, İranda keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə Təhsil naziri vəzifəsində işləyib. Bundan əlavə bir müddət hazırkı prezident Həsən Ruhaninin müavini vəzifəsində işlədikdən sonra 2017-ci ildə Tehran meri seçildi. Vəzifəyə başladıqdan qıssa müddət sonra uşaqların rəqs etdikləri bir tədbirdə iştirak etdiyinə görə sərt tənqidlərə məruz qalan Nəcəfi sağlamlıq problemləri olduğunu irəli sürərə bu vəzifədən də istefa etdi.



Әlaqәli Xәbәrlәr