Tunisdə erkən prezident seçkiləri keçiriləcək

Tunisdə noyabr ayında keçirilməsi planlaşdırılan prezident seçkisi dövlət başçısı Baci Kaid es-Sibsinin vəfatıyla bağlı müəyyənləşdirilmiş tarixdən əvvəl keçiriləcək.

1242730
Tunisdə erkən prezident seçkiləri keçiriləcək

Mərkəzi Seçki Komissiyasının sədri Nəbil Bifun yerli mətbuat orqanına müsahibəsində bu barədə məlumat yayıb: "17 noyabrda keçirilməsi planlaşdırılan prezident seçkiləri 90 gün əvvəl təşkil ediləcək”.

 Qeyd edək ki, Tunisdə parlamentə seçkilərinin 6 oktyabr, prezident seçkilərinin ilk turunun isə 17 noyabrda keçirilməsi nəzərdə tutulmuşdu.

Prezident Baci Kaid es-Sibsi dünən Tunisin paytaxtında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.



Әlaqәli Xәbәrlәr