“Müharibə başlayan ölkə olmayacağıq”, H.Ruhani

İran gərginlik və müharibə başlayan tərəf olmayacaq, bunu ölkə prezidenti Həsən Ruhani deyib.

1240551
“Müharibə başlayan ölkə olmayacağıq”, H.Ruhani

İran Prezident Administrasiyasından yayılan yazılı açıqlamaya görə, Ruhani paytaxt Tehrana "sürpriz" səfər reallaşdıran İraq Baş naziri Adil Əbdülmehdi ilə görüşüb. Danışıq zamanı gündəmə dair mövzular müzakirə olunub. Bildirilib ki, Ruhani regional problemlərin qonşular və bölgədəki ölkələr arasında dialoq və danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayıb. Ölkəsinin bölgədə və ya digər ölkələrlə gərginliyi artırmaq istəmədiyini, İranın hər hansı bir şəkildə gərginlik və ya müharibə başlatan tərəf olmayacağını qeyd edib.

Bölgədə daimi sabitliyin və təhlükəsizliyin hələ də bərpa edilə bilmədiyinə diqqət çəkən Ruhani Bağdad və Tehran arasında bütün sahələrdə əməkdaşlığın inkişafının bu prosesə töhfə verəcəyinə inamının tam olduğunu, iki ölkə arasındakı münasibətlərin irəlli pillələrə qaldırılması istiqamətində güclü addımlar atıldığını və bunun davam edəcəyini bildirib.

Şattul ərəb çayını təmizləmə işləri, İranın Xuzistan əyalətindən Bəsrə şəhərinə dəmir yolunun çəkilməsi, sərhəddə ortaq sənaye zonalarının qurulması, elektrik enerjisi və neft sazişlərinin həyata keçirilməsinin iki xalqın xeyrinə olacağını, səlahiyyətlilərin bu istiqamətdə lazımlı addımları atmalarının vacibliyini, həmçinin viza rejimi ilə bağlı islahatların həyata keçirilməsinin faydalı olacağını vurğulayıb.

İraq Baş naziri Əbdülmehdi də iki ölkə xalqının maraqlarına xidmət edən razılaşmaların həyata keçirilməsini arzuladığını ifadə edərək: “İrana qarşı tətbiq olunan sanksiyalara dəstəyimiz qeyri mümkündür. İran və İraqın təhlükəsizliyi bir-birindən asılıdır. Sərhədlərimizin qorunması uğrunda da güclü əməkdaşlığa zərurərt vardır”- deyə Əbdülmehdi qeyd edib.

 



Әlaqәli Xәbәrlәr