BMT İdlibә edilәn hücumlarla bağlı açıqlama verdi

Birləşmiş Millətlər Təşkilatının  humanitar  mәsәlәlәr üzrә koordinatorunun müavini  Mark Kutts  Bəşşar Əsəd rejiminә mülki vətəndaşların hәdәf alınmaması ilә әlaqәdar çağırış edib.

1240763
BMT İdlibә edilәn hücumlarla bağlı açıqlama verdi

Birləşmiş Millətlər Təşkilatının  humanitar  mәsәlәlәr üzrә koordinatorunun müavini  Mark Kutts  Bəşşar Əsəd rejiminә mülki vətəndaşların hәdәf alınmaması ilә әlaqәdar çağırış edib.

Mark Kutts verdiyi yazılı açıqlamada Bәşәr Әsәd rejimi vә havadarlarının İdlib deeskalasiya zonası sәrhәdlәri daxilindәki yaşayış mәntәqәlәrinә zәrbәlәr endirmәyә davam etdiyini deyib.

Rejim qüvvәlәri vә havadarlarının İdlibin Marratinnuman vә Sekarib qәsәbәlәrinә dünәn tәşkil etdiyi hücumlar nәticәsindә onlarla dinc sakinin hәlak olduğunu deyәn Mark Kutts sözügedәn hücumların son zamanlarda törәdilәn әn qanlı hücumlar olduğunu vurğulayıb.

"Hücumlar nәticәsindә  çox sayda qadın vә uşaq hәlak olub. Ölənlər arasında həmçinin xilasedici və tibb isçilәri  də var. Axtarış-xilasetmә dәstәlәri dağıntılar altında qalanları xilas etmәk üçün ciddi sәylәr göstәrirlәr’’,-deyә Birləşmiş Millətlər Təşkilatının  humanitar  mәsәlәlәr üzrә koordinatorunun müavini  vurğulayıb.

Hücumların tәcili şәkildә dayandırılmasını tәlәb edәn Kutts dinc sakinlәrin  vә infrastrukturun hәdәfә alınmasının hәr hansı açıqlamasının olmadığını bildirib.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı 2018-ci ilin 17 sentyabr tarixindә әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Bәşәr Әsәd rejimi vә havadarlarının hücumları nәticәsindә 553 mindәn çox dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Bәşәr Әsәd rejimi vә havadarlarının İdlib deeskalasiya zonası sәrhәdlәri daxilindәki bölgәlәrә 26 aprel-12 iyul tarixlәri arasında endirdiyi zәrbәlәr nәticәsindә 157-si uşaq, 111-i dә qadın olmaqla 606 nәfәr hәlak olub.

 

 



Әlaqәli Xәbәrlәr