Həmas nümayəndə heyəti İranın dini lideri Əli Xameneyi ilə görüşdü

Həmasın Siyasi Bürosunun sədr müavini Saleh əl-Arurinin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İran dini lideri Əli Xameneyi ilə görüşdü.

1240159
Həmas nümayəndə heyəti İranın dini lideri Əli Xameneyi ilə görüşdü

Fələstin İslami Cihad Hərəkatı - Həmasın Siyasi Bürosunun sədr müavini Saleh əl-Arurinin rəhbərlik etdiyi nümayəndə heyəti Tehranda İran dini lideri Əli Xameneyi ilə görüşdü.
 
 Xameneyinin ofisindən verilən yazılı açıqlamaya görə, Xameneyi İranın paytaxtı Tehrana səfər edən Həmas nümayəndə heyəti ilə Fələstin məsələsini müzakirə edib.
 
 Xameneyi görüşdə Fələstin mübarizəsinin İslam dünyasının ən mühüm məsələsi olduğunu bildirib.
 
 İranda 1979-ci ildə baş verən inqilabı və Tehrandakı İsrail Səfirliyinin Fələstin Səfirliyinə çevrildiyini xatırladan Xameneyi İranın Fələstin məsələsində ciddi olduğunu, Tehran rəhbərliyinin bu məsələdə geri addım atmayacağını qeyd edib.
 
 Səudiyyə Ərəbistanının Fələstin məsələsindəki siyasətini tənqid edən Xameneyi Ər-Riyad rəhbərliyini Amerika Birləşmiş Ştatlarının arxasınca getməklə günahlandıraraq Əsrin Müqaviləsini "təhlükəli bir sui-qəsd" kimi səciyyələndirib və bunun məqsədinin Fələstinin kimliyinin yox edilməsi olduğunu vurğulayıb.
 
 Həmas rəsmisi Aruri də Həmasın Siyasi Bürosunun sədri İsmayıl Heniyyenin göndərdiyi məktubu Xameneyiyə verib.
 
 Aruri görüşdə Həmas və digər müqavimət qruplarının müdafiə qüvvələrinin ötən illərə nisbətən daha da irəlidə olduğunu vurğulayıb.
 
 Qeyd edək ki, İrana şənbə günü səfər edən Həmas nümayəndə heyəti İran Parlamentinin Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Harrazi ilə də görüşüb. Nümayəndə heyəti sabah da Xameneyinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Əli Əkbər Vilayəti ilə bir araya gələcək.



Әlaqәli Xәbәrlәr