BMT ABŞ-nın Zərifə sanksiya tətbiqinə münasibət bildirib

İran Xarici İşlər Naziri Məhəmməd Cevad Zərifin Nyu-Yorka səfərinə mane törədilməsi narahatlıq doğurur. BMT-nin qərargahına ev sahibliyi edən ABŞ-a mövzuya dair narahatçılığımızı bildirdik. Bu BMT-dən yayılan bəyanatda deyilib.

1236349
BMT ABŞ-nın Zərifə sanksiya tətbiqinə münasibət bildirib

BMT Baş Katibinin sözçüsü Farhan Haq təşkil etdiyi mətbuat konfransında ABŞ-ın Zərifin səyahətini məhdudlaşdırılmasına dair qərarına münasibət bildirib.

Haq: “BMT ev sahibi ABŞ-ın səyahət məhdudiyyətləri tətbiq etdiyinin idrakındadır. ABŞ-ın və İranın BMT yanında daimi nümayəndələriylə mövzunu müzakirə etdik və tətbiqdən narahat olduğumuzu səsləndirdik.”

Qeyd edək ki, İyunun sonunda ABŞ prezidenti Donald Tramp İranın pilotsuz uçuş aparatını vurduğunu bəhanə edərək başda dini lider Ayətullah Əli Xamenei olmaqla İrana istiqamətli yeni sanksiya tətbiqinə dair sərəncam imzaladı. ABŞ maliyyə naziri Steven Mnuchin də eyni gün yaydığı bəyanatında İran Xarici İşlər Naziri Zərifin sanksiya siyahısına daxil ediləcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr