Bəşər Əsəd rejimi yenə də İdlibə hücum etdi

Suriyada Bəşər Əsəd rejiminin İdlibin mərkəzi və deeskalasiya zonasının sərhədləri daxilindəki mövqelərə təşkil etdiyi hücumlarda ilkin hesablamalara görə 8 nəfər həlak olub, 35 nəfər yaralanıb.

1234698

 Əsəd rejiminə aid döyüş təyyarələri səhər saatlarından etibarən İdlib deeskalasiya zonasının sərhədləri daxilindəki Maarratinnuman və Xan Şeyxun rayonuna və İdlib şəhər mərkəzinə hava hücumları edir.
 
"Ağ dəbilqəlilər"dən alınan məlumata görə, Əsəd rejiminin hava hücumlarında ilkin məlumatlara görə 8 mülki vətəndaş həlak olub, 35 nəfər yaralanıb.
 
Xilasetmə dəstələri dağıntılar altında axtarış işlərini davam etdirirlər. Ölü sayının artması ilə bağlı narahatlıqlar var.
 
 Digər tərəfdən, rejim qüvvələri Maaratinnuman rayonundan  çörək bişirilən sexi də hədəf alıblar.
 
 Hücumdan sonra sex yararsız hala düşüb.

Әlaqәli Xәbәrlәr