İranda Bitcoin qadağan edildi

İran "Bitcoin" ilə aparılan əməliyyatları qadağan etdiyin bildirilib.

1232810
İranda Bitcoin qadağan edildi

Bu barədə rəsmi xəbər agentliyi "Tasnim"ə açıqlama verən İran Mərkəzi Bankının sədr müavini Nasir Hakimi danışıb. O: "İranda "Bitcoin" alğı-satqısı qadağandır. "Bitcoin"in qiymət dəyişikliyi çox yüksək olduğu üçün hüquqi risklər ehtiva edir. Bu səbəbdən vətəndaşların bu oyuna girməməsini tövsiyə edirəm", - deyib. O, "Bitcoin" istehsalının isə hələ qadağan olunmadığını sözlərinə əlavə edib.

Malların və xarici valyutanın qaçaqmalçılığına qarşı mübarizə idarəsinin rəhbəri Əli Mueyyidi də paytaxt Tehranda mətbuata açıqlamasında: “Bitcoin ilə bağlı bütün əməliyyatlar qadağan edilib bu qərara əməl etməyənlər ciddi cəzalar ilə qarşı-qarşıya qalacaqlar.

ABŞ-ın sanksiyalarından ötəri beynəlxalq ticarət ilə bağlı böyük problemlərin hökm sürdüyü İranda Bitcoin qiymətlərinin artması ilə birlikdə kripto valyutası ilə edilən əməliyyatlarda artım qeydə alınıb.



Әlaqәli Xәbәrlәr