Avropa Liviyadakı qaçqınların mərkəzinə edilən hücuma reaksiya göstərdi

Avropa İttifaqı Liviyanın paytaxtı Tripolinin şərqindəki Tacura bölgəsində nizamsız qaçqınların məskunlaşdığı mərkəzə edilən hücuma görə məsuliyyət daşıyanların hesab vermələrini tələb etdi.

1229643
Avropa Liviyadakı qaçqınların mərkəzinə edilən hücuma reaksiya göstərdi

Avropa İttifaqı Liviyanın paytaxtı Tripolinin şərqindəki Tacura bölgəsində nizamsız qaçqınların məskunlaşdığı mərkəzə edilən hücuma görə məsuliyyət daşıyanların hesab vermələrini tələb etdi.

 
 Avropa İttifaqından verilən açıqlamada: "Qaçqın və köçkünlərə, o cümlədən, vətəndaşlara qarşı hücumlar qətiyyən qəbul edilə bilinməz. Hücumları təəssüflə qarşılayırıq. Buna görə məsuliyyət daşıyanlar cavab verməlidir" deyildi.
 
 Almaniya hücumu sərt şəkildə qınadı.
 
 Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Rayner Breul Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Liviyada dünən həyata keçirilən hücumun tam şəkildə təhqiq olunmasının vacibliyini qeyd edərək, hücuma görə məsuliyyət daşıyanların məhkəməyə verilməsi üçün çağırış etdi.
 
 "Qaçqın mərkəzinə edilən hücumu şiddətlə qınayıqıq. Hücuma görə məsuliyyət daşıyanlar dərhal ortaya çıxarılıb məhkəməyə təslim edilməlidir" deyən Breul bu hücumla müharibə cinayətinin törədildiyini qeyd etdi.
 
Breul Birləşmiş Millətlər Təşkilatının Liviya üzrə xüsusi nümayəndəsi Qassan Salama ilə hücumla bağlı əlaqə saxladıqlarını söylədi, tərəfləri BMT-nin çətiri altında görüşə çağırdı.
 
 Digər tərəfdən Fransa da hücumu qınadı.
 
 Fransa Xarici İşlər Nazirliyindən məsələyə dair verilən yazılı bəyanatda deyilir: "Fransa Tacura bölgəsində yerləşən məskunlaşma mərkəzinə edilən və  40-dan çox insanın həlak olmasına və yüzlərlə insanın yaralanmasına səbəb olan hücumları qınayır. Bu mərkəz Tripoliyə qarşı hücumlar başladıqdan bu yana ikinci dəfə hədəf alındı". 
 
 Liviyada bütün tərəflərə dərhal gərginliyi azaltma və hücumlara son qoyma çağırışı edilən açıqlamada, tərəflərdən Birləşmiş Millətlər Təşkilatının himayəsindəki siyasi prosesə geri qayıtmaları tələb olundu.
 
Xatırladaq ki, Liviyada general Xəlifə Hafterə tabe olan qüvvələrə məxsus təyyarələrin paytaxt Tripolinin şərqində nizamsız qaçqınların yerləşdiyi məskunlaşma mərkəzinə qarşı hücumunda 44 insanın həlak olduğu və 130-dan artıq insanın yaralandığı bildirilib.



Әlaqәli Xәbәrlәr