İran uran həcminə qoyulan limiti aşdı

İran zənginləşdirilmiş uran həcmini nüvə razılaşmasında müəyyən edilmiş 300 kiloqram limiti aşdığını bildirib.

1228109
İran uran həcminə qoyulan limiti aşdı

İran informasiya agentliyi Farsın xəbərinə görə, İran atom energetikası üzrə Təşkilatın nümayəndəsi Bəhruz Kamalvəndi İran nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planı (BHİP) çərçivəsində ölkənin öhdəliklərinin bir daha ixtisara salınacağı haqda bildirib.

Kamalvəndinin sözlərinə əsasən, 27 iyundan sonra Tehran 300 kq-dan çox zənginləşdirilmiş uran saxlamağa  başlayıb.

Qeyd  edək  ki, Müqavilənin şərtlərinə əsasən, bu həcmdən artıq əldə olunan uran digər ölkələrə satılmalıdır.

Xatırladaq  ki,  İran Amerika Birləşmiş Ştatlarının   sanksiyalarına   cavab  olaraq   nüvə  müqaviləsinə   tərəf  ölkələrə  8  May  tarixində  60   möhlət  vermiş  və   bu  müddət  ərzində  lazımlı   addımların  atılmaması  halında zənginləşdirilmiş uran  həcmini  artıracağını   bildirmişdi.   



Әlaqәli Xәbәrlәr