İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan dördü həlak olub

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn  mәlumatda bildirilib.

1225405
İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan dördü həlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәrin  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә dörd dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, Bəşər Əsəd rejiminə vә Rusiyaya  məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki Maritinuman  qәsәbәsi,Kefer Secne, Hamidiyyә, Hazarin, Rübe әl Cuz, Bsida, Hiş, Sellt Ez Zuhur vә Kirisaa kәndlәrinә  zәrbәlәr endirib.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn  mәlumatda bildirilib.

Mәlumata görә, rejim qüvvәlәrinin   hәyata keçirdiyi hücumlar nәticәsindә yeddi   dinc sakin hәlak olub, doqquz nәfәr dә müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. 



Әlaqәli Xәbәrlәr