İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan yeddisi həlak olub

Hücum nәticәsindә yeddi  dinc sakin hәlak olub.

1222193
İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan yeddisi həlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәrin  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә yeddi  dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, Bəşər Əsəd rejiminə vә Rusiyaya  məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki Maritinuman  qәsәbәsi,Әl Mastume, Hiş, Marrethirme vә Әl Habit kәndlәri ilә Hәma şәhәrinin şimalındakı  Latamine qәsәbәlәri, Arbain bölgәsi, Cubbeyn vә Tel Melehkәndlәrinә  ağır zәrbәlәr endirib.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn  mәlumatda bildirilib.

Mәlumata görә, rejim qüvvәlәrinin   hәyata keçirdiyi hücumlar nәticәsindә yeddi   dinc sakin hәlak olub.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. 



Әlaqәli Xәbәrlәr