Misirdə "həyəcan vəziyyəti" elan edildi

Misirin Daxili İşlər Nazirliyi hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan sabiq prezident Məhəmməd Mursinin ölümündən sonra ölkədə "həyəcan vəziyyəti" elan etdi.

1220646
Misirdə "həyəcan vəziyyəti" elan edildi

Misirin Daxili İşlər Nazirliyi hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılan sabiq prezident Məhəmməd Mursinin ölümündən sonra ölkədə "həyəcan vəziyyəti" elan etdi.

Misir mətbuatının yaydığı xəbərə görə, Daxili İşlər Nazirliyi planlarını əhatəli şəkildə nəzərdən keçirərək, ölkədə minlərlə sabit və mobil təhlükəsizlik patrulu fəaliyyətini işə salıb.

Zabit və polislərin məzuniyyətlərini də ləğv edən nazirlik dövlət və özəl qurumlarda, kilsə və otellərdə təhlükəsizlik tədbirlərini artırıb.

Nazirlik eyni zamanda, yollarda ciddi təhlükəsizlik tədbirlərini, meydanlarda təhlükəsizlik işçilərinin artırılmasını və "terrorçu" elementlərə qarşı profilaktik əməliyyatların həyata keçirilməsini nəzərdə tutan "C" planını da işə salıb.

Misir dövlət televiziyası Mursinin  məhkəmə zalında huşunu itirdikdən sonra vəfat etdiyini bildirmişdi.

Ölkənin ilk seçilmiş prezidenti Mursi "casusluq"  ittihamı ilə mühakimə olunurdu.

Mursi 3 iyul 2013-cü ildə dövrün müdafiə naziri və sonra prezident olan Əbdülfəttah əs-Sisi tərəfindən həyata keçirilən hərbi çevrilişlə vəzifəsindən uzaqlaşdırılmışdı.



Әlaqәli Xәbәrlәr