Bəşər Əsəd rejiminə qarşı özünün qalası sayılan yerdə etiraz aksiyası keçirildi

Suriyada Bəşər Əsəd rejiminə qalası olaraq tanınmış Lazkiyə vilayətində 6 ildən sonra ilk dəfə etiraz edildi.

1216633
Bəşər Əsəd rejiminə qarşı özünün qalası sayılan yerdə etiraz aksiyası keçirildi

Suriyada Bəşər Əsəd rejiminə qalası olaraq tanınmış Lazkiyə vilayətində 6 ildən sonra ilk dəfə etiraz edildi.

Srağa gün gecə Suriyanın qərbində rejimin qalası mövqeyində olan Lazkiyə vilayət mərkəzində bir araya gələn bir qruq dinc sakin elektirik enerjisinin kəsilməsindən istifadə edərək rejimə etirazını bildirib.

Qrup Azad Suriya Ordusu (ASO) lehinə şüarlar da səsləndirib.  

Qeyd edək ki, Lazkiyə xalq üsyanının ilk günlərində etiraz aksiyalarına səhnə olmuş, ancaq ordu gücdən istifadə edərək nümayişlərin qarşısını almışdı.

Etiraz aksiyasının xalq üsyanının simvol adlarından olan milli futbolçu və müğənni Əbdülbaset əl Sarutun şənbə günü rejim qüvvələrilə baş verən qarşıdurmalarda həyatını itirməsindən sonra keçirilməsi diqqət çəkib.



Әlaqәli Xәbәrlәr