Abbas Musevi:‘‘ABŞ İrana qarşı yanlış yanaşmanı dәyişdirmәlidir’’

Vaşinqton Tehrana qarşı yanlış yanaşmanı dəyişdirməlidir.

1212920
Abbas Musevi:‘‘ABŞ İrana qarşı yanlış yanaşmanı dәyişdirmәlidir’’

Vaşinqton Tehrana qarşı yanlış yanaşmanı dəyişdirməlidir.

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musevi ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatını şərh edərkən deyib.

Abbas Musevi bildirib: "Mayk  Pompeonun İrana qarşı maksimal təzyiqi təsdiq etməsi onu deyir ki, ABŞ yanlış yanaşmağa davam edir və onlar bu yanaşmanı dəyişməlidirlər".

Xatırladaq ki, Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Mayk Pompeo İranın səlahiyyətli şəxsləri ilə qabaqcadan hər hansı şərt irəli sürmədən görüşməyə hazır olduqlarını, ancaq ABŞ-ın İrana qarşı maksimum tәzyiq göstәrmәyә davam edәcәyini bildirmişdi.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo keçirdiyi  mətbuat konfransı zamanı Vaşinqtonun ilkin şərtlər irəli sürmədən İranla danışıqlara hazır olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr