“Suriyanın şimalında təhlükəsiz bölgə yaratma cəhdlərimiz davam edir”, M.Pompeo

ABŞ-ın dövlət katibi Mayk Pompeo Türkiyəyə yönəldilmiş terror hücumlarına dair təhlükəni azaltmaq üçün Suriyanın şimalında təhlükəsiz bölgə qurma cəhdlərinin davam etdiyini söyləyib.

1212099
“Suriyanın şimalında təhlükəsiz bölgə yaratma cəhdlərimiz davam edir”, M.Pompeo

ABŞ-ın dövlət katibi Mayk Pompeo “Türkiyəyə terrorçuların hücum riskini azaltmaq üçün Suriyanın şimalında təhlükəsizlik bölgəsinin yaradılması istiqamətində fəaliyyət davam edir” deyib.

Rəsmi səfərlə Almaniyanın paytaxtı Berlində olan Pompeo Almaniyanın xarici işlər naziri Hayko Maas ilə təşkil etdiyi birgə mətbuat konfransında deyib:

“ABŞ Suruiyada siyasi həll üçün BMT-nin cəhdlərini dəstəkləyir və zorakılıq riskini azaltma səylərini davam etdirəcək. Fərat çayının qərbindəki Münbiçdə Türklərlə göstərdiyimiz fəaliyyətlərin nəticəsi məlumdur.

Jurnalistlərdən biri ABŞ-ın Suriyanın şimalında bir “təhlükəsiz zona” yaratmağı planlaşdırdığı və bunun üçün müttəfiqlərindən hərbi dəstək istədiyi xəbərlərini xatırlatması qarşısında Pompeo “Münbiçdə Türkiyə və ABŞ əsgərlərinin ortaq patrulu ilə yanaşı əlavə bir sistem yaratmağa cəhd göstəririk. Buna istər ara bölgə dəyin, istərsə başqa şəkildə adlandırın. Türkiyəyə terror hücumlarını azaltmaq üçün Suriyanın şimalında təhlükəsiz bölgə qurma cəhdləri davam edir” deyib.



Әlaqәli Xәbәrlәr