İranın eks vitse-prezidenti həyat yoldaşını öldürdüyünü etiraf etdi

İranın eks vitse-prezidenti və Tehran bələdiyyəsinin sədri olmuş Məhəmməd Əli Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf etdi.

1210123
İranın eks vitse-prezidenti həyat yoldaşını öldürdüyünü etiraf etdi

  İranın eks vitse-prezidenti və Tehran bələdiyyəsinin sədri olmuş Məhəmməd Əli Nəcəfi həyat yoldaşını öldürdüyünü etiraf etdi.

  İranlı Tələbələr Xəbər Agentliyi – İSNA-ya yazılana görə, Cəza Prokurorluğunun hakimi Məhəmməd Şəhriyari Nəcəfinin həyat yoldaşını öldürdüyünü etiraf etdiyini və polisə təslim olduğunu bildirib.

  Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin yaxın qrupundan olan, Tehranın bundan əvvəlki bələdiyyə sədri Məhəmməd Əli Nəcəfinin ikinci həyat yoldaşı Mitra Nəcəfi paytaxtın şimalındakı Saadat Abad səmtindəki evində sinəsindən vurularaq öldürülmüşdü.

  Bir zaman təhsil naziri, daha sonra Ruhaninin müavini olmuş Məhəmməd Əli Nəcəfi 2017-ci ildə Tehran bələdiyyəsinin sədri seçilmişdi. O, keçən il uşaqların rəqs etdiyi bir tədbirə qatıldığı üçün tənqidlərə məruz qalmış və "səhhətində problem" adı ilə istefa etmişdi.



Әlaqәli Xәbәrlәr