İsrail Suriya  ərazilərinə avia zərbələr endirdi

İsrail rejimi Suriyanın cənubunda yerləşən Quneytirə vilayətinin Təl-Əş Şəar rayonundakı Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin mövqelərinə zərbə endirib.

1209349
İsrail Suriya  ərazilərinə avia zərbələr endirdi

İlkin məlumatlara əsasən, İsrailin avia zərbələri nəticəsində bir hərbçi həyatını itirib, biri isə yaralanıb. Buna Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin İsrail rejiminə məxsus PUA-lara hücumu səbəb göstərilib.

İsrail Baş naziri Binyamin Netanyahu raket zərbələri ilə əlaqəli yaydığı bəyanatında, İsrailə yönəlik hücumlara biganə qalmayacaqlarını,   ölkəni  hədəfə götürən cəhdlər qarşısında lazımlı addımları atmaqda imtina etmiyəcəklərini  vurğulayıb.  

Qəzzadakı Həmas hərəkatının sözçüsü Hazim Kasım da mövzu ilə əlaqəli açıqlamasında İsrailin raket zərbələrinin bütün Ərəb ölkələrinə yönəlik hücum olduğu deyib.



Әlaqәli Xәbәrlәr